waplog

“IDC”: “Avropanın fərdi kompüter bazarında azalma zəifləyib”


“IDC” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə Avropa, Yaxın Şərq və Afrika regionunda kompüter bazarının ardıcıl səkkiz rübdən sonra həcminin azalmasıdayanıb.

Belə ki, birinci rübdə azalma 2013-cü ilin müvafiq dövrünə nisbətdə simvolik olaraq 1,1 faiz təşkil edib. Hesabat dövründə  regionda ümumilikdə 21,8 milyon yeni kompüter satılıb.
 
Qərbi Avropa ölkələrində artım tempi 8,6 faiz, kommersiya seqmentində 15,1 faiz, istehlak seqmentində 2,14 faiz olub.
 
“IDC” mütəxəssisləri qeyd edirlər ki, yeni fərdi kompüterlərin istehlak səviyyəsinin artması “Microsoft” korporasiyasının apreldə "Windows XP” əməliyyat sisteminin dəstəklənməsini başa çatdırması ilə əlaqədardır.
 
Analitik şirkətin tədqiqatlar üzrə meneceri KristelLabeskbildirib ki, Avropa İttifaqının əksər ölkələrində makroiqtisadi vəziyyət ümumilikdə yaxşılaşıb və burada ötən illə müqayisədə alıcı aktivliyinin artması qeydə alınıb.
Avropada nəhəng kompüter satıcısı “Hewlett-Packard” şirkəti olduğu halda dünya lideri “Lenovo” bu regionda ikinci, “Dell” isə üçüncüyerdə qərarlaşıb, - "Cyberscuritywww.cybersecurity.ru” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL