waplog

1-15 iyul tarixlərində müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu aparılacaq


1-10 iyun tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu təşkil ediləcək.
 
Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı “Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrə əsasən, Təhsil sisteminin informasiyalaşdırılması idarəsi müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin edəcək. Həmçinin müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin nazirliyin rəsmi internet saytında yerləşdirilməsi təmin olunacaq.  May ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatlar müəyyənləşdirilmiş  forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim edilməlidir.
 
İşə qəbul qaydalarına görə,  “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” əsasında müsabiqənin birinci mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır.
 
Elektron ərizələrin qəbulu başa çatdıqdan 3 təqvim günü sonra yerdəyişmə aparılır. Ərizəsi təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin nəticəsi və müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatlar onların şəxsi səhifəsində yerləşdirilir. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin ikinci mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahibələr keçirilir.
 
Bu məqsədlə müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin II mərhələsinə buraxılmış namizədlər şəxsi səhifədə qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, əmək kitabçasının surətini və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əslini və ya notarial qaydasında təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır.
 
Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizəd müsahibəyə buraxılmır. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL