waplog

Futuroloqlar: “Beyin implantı keçirmiş insanlar adi insanlardan daha çox qazanacaq”


Otuz ildən sonra insanın beyninin içərisinə yerləşdirilən elektronika adi hal olacaq. Futuroloqların proqnozlarına görə, implantlar beyinə əlavə güc verdiyindən belə ötürücüləri yerləşdirmək arzusunda olan insanlar adi əməkdaşlardan daha çox qazanc əldə edəcək.

Kəllə boşluğuna daxil edilən və insan beyni ilə qarşılıqlı fəaliyyət göstərən qurğular da iş üsuluna güclü təsir göstərə bilər. Məsələn, 2040-cı ilədək orta iş həftəsinin 50,5 saatadək artacağı gözlənilir.    

Gələcəklə bağlı hesabatı “xpatjobs.com” iş axtarışı saytı hazırlayıb. Qeyd olunur ki, beyin implantlarının yerləşdirilməsinə razılıq verən əməkdaşlar digərlərindən daha çox qazansalar da, gözləri zəifləyəcək, daima qaşqabaqlı olacaq və digər fəsadlarla üzləşəcək, - “Vesti www.vesti.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL