waplog

Bu gün Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçirilib


Bu gün Bakıda Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland Biznes Forumu keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Niderland Azərbaycanın qeyri-neft sektoruna 670 milyon dollar sərmayə yatırıb, ötən ilin nəticələrinə əsasən ölkələr arasında ticarət dövriyyəsi 24% artıb.

"Azərbaycanla Niderland arasında əsas sazişlər artıq imzalanıb, yaxın zamanda sərmayələrin qarşılıqlı təşviqi və qorunması  üzrə sazişin imzalanması gözlənilir",- deyə o bildirib.

Tədbirdə çıxış edən Rene van der Linden qeyd edib ki, biznes-forumda kənd təsərrüfatı, təhsil, İKT, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələri təmsil edən Niderland şirkətləri iştirak edirlər.
 
Forum çərçivəsində çıxış edən Xarici işlər nazirinin müavini və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, bu gün Universitetdə keçirilmiş görüş çərçivəsində Niderlandın Maastrix İdarəetmə Mərkəzi ilə əməkdaşlıq haqda yeni müqavilə imzalanıb.

Forumda İKT sahəsində əməkdaşlıq əlaqələri yaratmaq məqsədi ilə Niderlandın İKT üzrə konsaltinq və geoinformatika sahəsində fəaliyyət göstərən "Arcadis" şirkətinin nümayəndəsi iştirak edib.
 
Qeyd edək ki, şirkətin fəaliyyət istiqamətlərinə biliklərin idarə edilməsi və innovasiya risklərindən sığortalanma metodları da daxildir. Şirkətin çoxsaylı layihələrindən biri "Huawei Technologies Corporation" şirkətinin Məlumatların Emalı Mərkəzinin yaradılması olub.
 
Forumda Azərbaycanın özəl sektorunu 170 şirkət, Niderland dövlət və özəl sektorunu isə 30-dək  nümayəndə təmsil edib.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL