waplog

“Apple” şirkətinin 5,5 düymlük “iPhone” qurğusu bu il buraxılmaya bilər


“Apple” şirkətin bu il təqdim etməyi nəzərdə tutduğu 4,7 və 5,5 düymlük “iPhone 6”-nın iki versiyası təhlükə altındadır.
 
“ICTnews” xəbər xidmətinin “ru.tsn.ua” saytına istinadən verdiyi məlumata əsasən, böyük ekranların istehsalında müşahidə olunan problemlər nəticəsində “iPhone 6”-nın böyük versiyasının buraxılışının təxirə salınması haqda məlumatlar yayılıb. Tayvan KİV-də yeni “iPhone”-un ölçülərinə uyğun gələn akkumulyatorların yoxluğu ilə bağlı xəbərlər yayılıb.
 
İlkin məlumata əsasən, “iPhone”da batareyanın qalınlığı cəmi 2 millimetr olmalıdır, halbuki müasir növlər bundan üçdə bir dəfə qalındır.  Baxmayaraq ki, problem üzərində bir neçə istehsalçı işləyir, ekspertlər hesab edirlər ki, yaxın zamanda bu problemi həll etmək mümkün olmayacaq və “alma” smartfonunun buraxılışı 2015-ci ilədək təxirə salınacaq.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL