waplog

Regionlarda onlayn jurnalistika ilə bağlı müzakirələr aparılıb


"İnternet-media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər" mövzusunda "dəyirmi masa" keçirilib. Yevlaxda baş tutan tədbir "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb. "Dəyirmi masa"da regionlarda fəaliyyət göstərən KİV nümayəndələri, həmçinin yerli ictimaiyyətin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatının təmsilçiləri yaxından iştirak edib.
 
 
YAP Yevlax Şəhər Təşkilatının aparat rəhbəri Əli Quliyev bildirib ki, onlayn və ənənəvi medianın timsalında adıçəkilən rayonun daha da inkişafına və çiçəklənməsinə xidmət edən model fəaliyyət göstərməkdədir.
 
 
"Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə "İnternet-media saytlarının fəaliyyəti və beynəlxalq təcrübə" mövzusunda məruzə edib. O, çıxışında internet-media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub:
 
"İnternet-medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə transformasiyanın, yəni medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi böyük şərtdir. Bunu isə cəmiyyət özü də təmin etməlidir. Əlbəttə, mövcud sahədə dövlətin də müəyyən addımlar atması zəruridir".
 
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL