waplog

AMEA elmi-innovativ məsələlərin professional səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilib


AMEA Rəyasət Heyəti  ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilib. Bu barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verib.
 
Onun sözlərinə görə, Rəyasət Heyətinin iclaslarında müasir dünya elminin ən aktual  problemləri ilə səsləşən, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra elmi məruzələr geniş müzakirə olunur.
 
 Eyni zamanda fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması,  multidistiplinar tədqiqatların elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi, o cümlədən nano, bio, informasiya və digər qabaqcıl texnologiyaların araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi potensialın inkişafında dövlət, biznes və qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin təşkili və s. məsələlər  barəsində müvafiq qərarlar qəbul edilir.
 
 
Akademik-katib qeyd edib ki, AMEA-nın elmi müəssisələrində əldə olunmuş nəticələrin, mühüm nailiyyətlərin, yeni innovativ istiqamətlərin gücləndirilməsi məqsədilə Rəyasət Heyəti Mərkəzi aparatının tərkibində İnnovasiya şöbəsi fəaliyyətə başlayıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL