waplog

“Samsung” şirkəti “Galaxy S5”in kamerasında problem olduğunu etiraf edib


“Reuters” agentliyi yazır ki, “Samsung” şirkəti aprelin 28-də “Galaxy S5” smartfonunda kamera probleminin mövcudluğunu etiraf edib və qüsurlu nüsxələrin satışa çıxarılmaması üçün hazır məhsula nəzarəti gücləndirməyə söz verib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Samsung” rəsmisi qüsurlu “Galaxy S5” smartfonlarının sayını açıqlamaqdan imtina edib, amma deyib ki, ABŞ və başqa ölkələrin istifadəçilərindən nasazlıq haqqında şikayət edilib. Nasaz smartfon sahibləri xidmət mərkəzlərinə müraciət etməlidirlər.
 
Xatırladaq ki, əvvəlki modeldən fərqli olaraq yeni model su və tozkeçirməzdir, IP67 standartına cavab verir. Aparat Full HD (1920 1080 nöqtə) təsvir ölçülü 5,1 düymlük ekrana malikdir, 16 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL