waplog

Rusiyada “Qızlar İKT-də” adlı seminar keçirilib


Azərbaycan Moskvada (Rusiya) keçirilmiş “Qızlar İKT-də” adlı seminarda iştirak edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin,  Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının nümayəndələri ölkəni təmsil ediblər.
Tədbirə Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Qırğızıstan, Moldovadan İKT üzrə uğur qazanan gənc qızlar da qatılıb.

Beynəlxalq Telekommunikasiya Birliyinin MDB ölkələri üzrə ofisinin təşkil etdiyi seminarda Azərbaycanda həyata keçirilən informasiya-kommunikasiya siyasəti, gənc qızların İKT-yə olan marağının artması və qadınların İKT-də rolu  ilə bağlı məlumat verilib.


 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL