waplog

Dövlət Agentliyində Elmi-Texniki Şura fəaliyyətə başlayıb



Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Elmi-Texniki Şurası yaradılıb.
 
Agentlikdən verilən məlumata görə, ilk iclasda şuranın qarşıda duran vəzifələri müəyyən edilib, əsasnamə və iş planı təsdiq olunub.
 
Qərara alınıb ki, bundan sonra mütəmadi olaraq keçirilən iclaslarda alternativ və bərpa olunan enerji mənbələrindən alınan elektrik və istilik enerjisinin respublika iqtisadiyyatının müxtəlif sahələrində effektiv tətbiqinə, sosial, mədəni obyektlərin enerjiyə olan tələbatının ödənməsində daha geniş istifadəsinə və enerjidən səmərəli istifadə sahəsinə yönəlmiş təkliflər şurada ətraflı müzakirə ediləcək.
 
Bundan əlavə, dünyada mövcud olan yeni texnologiyaların, qabaqcıl təcrübənin, elmi-texniki nailiyyətlərin öyrənilməsi, tədqiqatların koordinasiyası, istehsalda tətbiqi imkanları, vahid milli standartların yaradılması, normativ-hüquqi aktların hazırlanması məsələlərinə baxılacaq.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL