waplog

Teatr tamaşaları haqqında SMS-lərlə məlumat veriləcək


Azərbaycanda teatr tamaşaları haqqında tamaşaçılar SMS vasitəsi ilə məlumatlandırılacaq.  "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Dövlət Musiqili Teatrı (ADMT) və "BIMTEK Mobile Solutions And Marketing" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb.
 
Müqaviləyə əsasən, "BIMTEK” göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq ADMT-nın həftəlik repertuarı haqda məlumatlandıracaq.
 
Adıçəkilən teatrdan bildirilib ki, bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində olan yeniliklərlə daim bilgiləndirməkdir.
 
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL