waplog

Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək


“Apple” şirkətinin istehsalı olan qulaqcıqda nəbz və təzyiqin ölçülməsi üçün sensorlar quraşdırılacaq. Bu barədə “Secret” servisi məlumat verib.

Qulaqcıqda, həmçinin qurğunun itirilməsi zamanı istifadəçiyə onu tapmaqda kömək edəcək “iBeacon” ötürücüsü yer alacaq. Nəbz və təzyiqlə bağlı məlumatlar şifrlənmiş şəkildə saxlanılsa da, istifadəçi onları öz həkiminə göndərmək imkanına malik olacaq.

Satışa “iOS 8” mobil əməliyyat sistemi ilə eyni vaxtda çıxarılacaq qulaqcıqlar “Apple”ın 2014-cü ilin üçüncü rübündə buraxmağı planlaşdırdığı "iWatch” fitnes-qolbağının sələfi olacaq. 

“Secret” servisinin məlumatı şirkətin 2014-cü ilin fevralında qeydiyyatdan keçirdiyi patenti bir daha təsdiq edir. Patentdə söhbət temperatur, nəbz və tər səviyyəsini ölçən biometrik qulaqcıqlardan gedir.


Qeyd edək ki, “Secret” anonim bəyanatlar sosial şəbəkəsi 2014-cü ilin əvvəlində istifadəyə verilib və Silikon vadisi şirkətləri haqqında şayiələrin yayılması üçün kanal kimi aktiv şəkildə istifadə olunur, - "theRunet www.therunet.com” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL