waplog

“Acer” şirkətinin yaradıcısı Sten Şi iyunda şirkəti tərk edəcək


Tayvanın fərdi kompüter və mobil elektronika istehsalçısı “Acer” şirkətinin yaradıcısı və direktoru Sten Şi deyib ki, o, iyunda şirkətin direktor postunu tərk etməyi planlaşdırır. O, şirkətin mobil bazara çıxışı ilə əlaqədar ciddi islahatlar keçirilməsi üçün 6 ay əvvəl operativ idarəetmənin başına keçib.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 69 yaşlı top-menecer “United Evening News”in müxbirləri ilə görüş çərçivəsində gələcək istefası ilə bağlı gözlənilməz bəyanat verib.
 
O bildirib ki, müxtəlif bölmələrin gənc istedadları “Acer” şirkətini idarə etməlidirlər. Eyni zamanda o deyib ki, şirkət mobilləşmə və “bulud” xidmətləri istiqamətində inkişafına davam edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL