waplog

“Nokia Lumia 520” həyat xilas edib


Smartfon fövqəladə hallarda tez-tez əvəzsiz kömək göstərir. “PC Mag” resursu yazır ki, məhz smartfon bu yaxınlarda Braziliyada hüquq-mühafizə orqanının əməkdaşını ölümdən xilas edib.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, günlərin bir günü Braziliyada iş başında olmayan polis əməkdaşı öz formasını yumaq üçün Ararakuara şəhərində yerləşən valideynlərinin evinə baş çəkib. Evə daxil olduqda görür ki, valideynləri iki soyğunçu tərəfindən girov götürülüb.
 
Polisin əlində formanı görən soyğunçular dərhal ona atəş açıblar. Silahlı soyğunçuları görən polis dərhal qaçmağa başlayıb, çünki iş başında olmayıb. Cinayətkarlar iki atəş açıblar. Güllələrdən biri yan keçib, digəri isə “Nokia Lumia 520” smartfonu olan arxa cibə dəyib.
 
Smartfon tamamilə dağılıb və təmirə ehtiyac yoxdur. Amma adı açıqlanmayan polis əməkdaşı, həmçinin onun ailəsi, heç bir zərər görməyiblər. Təəssüf ki, ilkin məlumatlara görə, evi tərk etməzdən əvvəl, cinayətkarlar mobil telefon, saat, zərgərlik məmulatları və pul oğurlamağa müvəffəq olublar. San-Paulo ştatının polisi soyğunçuları tapmağa çalışsa da, amma bu mümkün olmayıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL