waplog

Tayvanda mobil telefonlardan istifadə edən piyadaları cərimələmək təklif olunub


Tayvan hakimiyyəti küçəni keçərkən mobil qurğulardan çox istifadə edən piyadalara cəza tədbiri görməyi təklif edib. Öz təhlükəsizliyinə etinasız yanaşan piyadalar üçün 10 dollar məbləğində cərimə kəsiləcəyi gözlənilir. Amma bəzi insanlar cərimə məbləğini az hesab edir və onu xeyli artırmağı təklif edir.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yerli KİV-in hesablamasına əsasən, ölkədə 14 milyon mobil qurğu istifadəçisi var. Təxmin edilir ki, mobil telefonların çoxalması yol-nəqliyyat hadisələrinin artmasına səbəb olub.

Belə ki, çox vaxt piyada başını qaldırmadan yolun hərəkət hissəsinə çıxır və nəticədə nəqliyyat vasitəsinin təkərləri altında qalır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL