waplog

“Samsung” şirkəti “Tizen” əməliyyat sistemi ilə işləyən ilk smartfonunu nümayiş etdirəcək


"Samsung" korporasiyası yaxın bir neçə həftədə öz mobil əməliyyat sistemi olan "Tizen" ilə işləyən smartfonunu nümayiş etdirə bilər. Bu haqda "The Wall Street Journal" yazıb.
 
Nəşr yazır ki, yaxın bir neçə həftədə Cənubi Koreya konserni Moskvada tədbir keçirməyə hazırlaşır ki, bu tədbirdə də və yeni cihazını nümayiş etdirəcək. "Samsung" eyni zamanda Hindistanda təqdimat keçirməyə hazırlaşır, burada "Tizen" platforması ilə işləyən televizor əlavəsini nümayiş etdirə bilər.

"Tizen" – "Linux" bazasında açıq əməliyyat sistemidir. 2011-ci ildə "LiMo Foundation" və "Linux Foundation" təşkilatı layihəni işə salıb, "Samsung" və "Intel" şirkətləri layihə üzərində aparılan işə başçılıq edib. Bu əməliyyat sistemi smartfon, kompüter, planşet, televizor, kamera və sairə qurğulara quraşdırıla bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL