waplog

Fransada “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına başlanılır


Fransada rəqəmli siqnalın ötürülməsi üçün “DVB-T2” standartından və  "HEVC” kodlaşdırma sistemindən istifadə etməklə “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına start verilib.

Sınaqlar televiziya verilişlərinin yayımının 2015-ci il ərzində başlanılmasının nəzərdə tutulduğu Paris regionunda keçirilir.    


Fransa Audiovizual Şurası (CSA) tərəfindən qəbul edilən yüksək təsvir ölçüsünə malik televiziyanın tətbiqi planına əsasən, 2018-ci ilin sonunda bütün Fransa ərazisi "Ultra HD” yayımla əhatə olunacaq.

Bildirilir ki, 2016-cı ildə Alp dağları regionu ölkədə “Ultra HD TV" siqnalını qəbul edəcək ilk zona olacaq.

“DVB-T2” standartından və  "HEVC” kodlaşdırma sistemindən birgə istifadə birrəqəmli kanal vasitəsilə 3 ədədədək “UHD” formatlı kanalı ötürməyə imkan verəcək, - “HDTV www.hdtv.ru” yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL