waplog

170 dollarlıq kompüter


"Archos" şirkəti sensor idarəetmə dəstəyinə malik 10,1 düymlük ekranla təchiz edilmiş ucuz "ArcBook" yığcam kompüterini nümayiş etdirib.
 
Qurğu "ARM Cortex A9" arxitekturalı 1,2 QHs takt tezlikli ikinüvəli "RK3168"  prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaşda isə 8 QB-dır, "microSD" kartı hesabına sonuncunun tutumunu artırmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, noutbukda ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir. Həmçinin ön kamera, "Wi-Fi" simsiz şəbəkə adapteri, bir neçə "USB 2.0" portu və qulaqcıqlar üçün standart 3,5 mm-lik konnektor var. Ölçüsü 271,5x180,5x22 mm, çəkisi 1,28 kq-dır.
 
"ArcBook" noutbuku texniki xarakteristikaları ilə öyünə bilməsə də, amma qiyməti cəmi 170 ABŞ dolları təşkil edir. Bundan başqa, bu noutbukda avtonom iş vaxtı 10 saata bərabərdir.
 
Noutbuka "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb. İstifadəçilər "Google Play Store" onlayn mağazasından əlavələr yükləyə biləcəklər.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL