waplog

“BlackBerry” mayın 15-dən etibarən yeni smartfonunun satışlarına başlayacaq


Kanadanın "BlackBerry" şirkəti sensor ekranla təchiz edilmiş ucuz smartfonunu nümayiş etdirib. "BlackBerry Z3 Jakarta Edition" modeli İndoneziya üçün nəzərdə tutulub.
 
Smartfonun qiyməti təxminən 190 dollar təşkil edəcək. Aparatın qiymətinin aşağı olmasına baxmayaraq, cihazın texniki imkanları yaxşıdır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cihaz 1,2 QHs takt tezlikli ikinüvəli "Qualcomm MSM8230" prosessoru, 960 x 540 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 QB daxili yaddaş, 5 meqapiksellik əsas və 1,1 meqapiksellik ön kameralarla təchiz edilib. 2500 milliamper/saat tutumunda akkumulyator batareyasının avtonom iş vaxtı danışıq rejimində 15,5 saat təşkil edir. Aparata "BlackBerry 10.2.1" əməliyyat sistemi quraşdırılıb.
 
"IDC" analitik firmasının məlumatına görə, İndoneziyanın smartfon bazarında "BlackBerry" şirkətinin payı 36-dan 14%-dək azalıb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL