waplog

“Google Glass” smart eynəyi açıq satışa çıxarılıb


Artıq dünəndən etibarən ABŞ-ın istənilən sakini "Google Glass" smart eynəyini satın ala bilər. 152 dollarlıq maya dəyərinə malik yüksəktexnologiyalı oyuncaq 1500 dollara başa gəlir.
 
Bir ay əvvəl "Google Glass" artıq birgünlük açıq satışa çıxarılıb.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, qurğunu kütləviləşdirmək üçün "Google", ehtimal ki, qiymətə yenidən baxmalı olacaq.
 
"Google"un smart eynəyinə noutbuk və ya iki qabaqcıl smartfonun qiymətində pul xərcləmək istəyənləri "HIS" analitik şirkəti tərəfindən dərc edilmiş informasiya, yəqin ki, düşünməyə vadar edəcək. "Glass" eynəyini komponentlərə ayıraraq hər birinin qiymətini aydınlaşdırmış ekspertlərin məlumatına görə, "Google Glass" eynəyinin ümumi qiyməti cəmi 152 dollar 47 sent təşkil edir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL