waplog

Yaponiyada insanın yorğunluğunu müəyyən edən eynək icad edilib


Yaponiyada insanın yorğun olmasını müəyyən edən xüsusi eynək kəşf edilib. Unikal qurğunun müəllifi “Audi A6” avtomobilinin dizayn yaradıcısı Satosi Vadadır.

Eynəyin çərçivəsi insanın tez-tez göz qırpmasını, göz əzələsinin elektrik potensialının dəyişməsini qeydə alan bir neçə sensorla təchiz edilib. Sonra bu məlumatlar “Bluetooth 4.0” vasitəsilə planşet kompüter və ya smartfona daxil olur və bununla da qurğu sahibi orqanizmin yorulması zamanı xüsusi əlavə vasitəsilə məlumat alır.


Alimlər hesab edirlər ki, bu kəşf avtomobillə səyahət edənlərə baş verəcək qəzalarla bağlı xəbərdarlığın edilməsində xüsusilə faydalı olacaq. Belə eynəklər həmçinin idmançılar və ya fitneslə məşğul olanlar üçün gərəkli hesab edilir. Çünki qurğu onlara bədənin daha düzgün formada saxlanılmasını bildirəcək.    
Quraşdırılmış batareyası səkkiz saat işləyən eynəyin bir ildən sonra satışa çıxarılması planlaşdırılır, - “ROSBALT” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL