waplog

“Elektron hökumət” portalına inteqrasiyada fəal və qeyri-fəal xidmət təchizatçıları müəyyənləşib


Cari ilin birinci rübünün nəticələrinə əsasən, “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 319-u vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə əhaliyə təqdim olunur.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanaraq, hər ay “Elektron hökumət bülleteni”ndə yer alan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə Məlumat”a əsasən, elektron xidmətlərin portala inteqrasiyası üzrə bu gün xidmət təchizatçılarını fəal və qeyri-fəal qurumlara ayırmaq mümkündür.
 
 İlk olaraq, 47 xidmət təchizatçısının adının yer aldığı siyahıda aprel ayı ərzində passivliyi ilə seçilən qurumların siyahısına nəzər salaq. Məlumatlardan da aydın görünür ki, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası portala qoşulan təchizatçılar arasında qeyri-fəallıq göstərən əsas dövlət qurumlarıdır. Belə ki, Maliyyə Nazirliyinin (MN) təsdiq olunmuş e-xidmətlərinin sayı 4-dür. Buna baxmayaraq, MN-in təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır.
 
 
“Qurumların öz  saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə MN-in saytında 8 elektron xidmət yer alıb. “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə isə MN-in saytında 3 xidmət yer alıb. Passivliyi ilə seçilən Mədəniyyət və Turizm Nazirliyinin də (MTN) təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. “Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə MTN-in saytında 6 elektron xidmət, “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə isə 5 xidmət yer alıb.
 
Halbuki nazirliyin təsdiq olunmuş e-xidmətlərinin sayı 17-dir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də analoji vəziyyəti nümayiş etdirir. Belə ki, təsdiq olunmuş e-xidmətlərinin sayı 5 olan DQİDK-in təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. “Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə komitənin saytında, eləcə də  “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə də cəmi 1 xidmət yerləşdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) də sadalanan qurumlardan passivliyinə görə geri qalmır. Xidmətin təsdiq olunmuş e-xidmətlərinin sayı 5 olsa da, təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır.
 
“Qurumların öz
saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə SHXÇDX-in saytında 8 elektron xidmət yer alıb. “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə isə qurumun saytında 5 xidmət yer alıb. Qeyri-fəal təchizatçılardan digəri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir (ABOEMDA) ki, qurumun təsdiq olunmuş e-xidmətlərinin sayı 1-dir. Eyni zamanda təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. “Qurumların öz
saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı”, həmçinin “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı”nda yeganə xidmət yer alıb. Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) üzrə də təsdiq olunmuş e-xidmətlərinin sayı 3 olsa da, təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. “Qurumların öz
saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə SDA-nın saytında 3 elektron xidmət yer alıb.
 
“Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə isə qurumun saytında 3 xidmət yerləşdirilib. “Elektron hökumət” portalına inteqrasiyada qeyri-fəal xidmət təchizatçıları sırasına daxil olan sonuncu qurum Dövlət Mülki Aviasiya Administrasiyasıdır. Administrasiyanın təsdiq olunmuş e-xidmətlərinin sayı 3-dür, amma təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə də  portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı isə o-dır. “Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı” üzrə qurumun saytında 3 elektron xidmət yer alıb, həmçinin “Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı” üzrə isə saytda 3 xidmət yerləşdirilib. Vahid portala inteqrasiyada fəallıq göstərən qurumların siyahısına Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Dəniz Administrasiyası daxildir. Yerdə qalan qurumlar isə təsdiq olunmuş elektron xidmətlərinin müəyyən hissəsini portala inteqrasiya edən təchizatçılar sırasında yer alıblar.
 
 
Qeyd edək ki, bütün qurumlar üzrə “Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatlara əsasən, aprel ayı ərzində 161 elektron xidmətdən ümumilikdə 102127 dəfə istifadə olunub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL