waplog

İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb


İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb. "SAHAR" adlandırılmış sistem İsrailin "Aviasiya sənayesi" korporasiyası, "VatEyrPoll" mühəndislik bürosu və Britaniyanın "KinetiKyu" müdafiə şirkətinin Şimali Amerika filialının ekspertlərinin birgə səyi ilə hazırlanıb.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "SAHAR" sistemi – bu, nəqliyyat yollarının avtonom rejimdə  minalardan təmizləməsi üçün avtomatlaşdırılmış sərbəst hərəkət edən mexanizmdir. "SAHAR" insanın iştirakı olmadan müxtəlif şəraitdə və istənilən yerdə partlayıcı qurğuları neytrallaşdırmağa imkan verir.
Sistem yolları partlayıcı qurğu və maneələrdən təmizləyərək ərazinin xəritəsini yaradır.
 
İsrailin "Aviasiya sənayesi" korporasiyasının saytında yazılıb ki, hazırda bu məsələlər məsafədən idarə olunan sistemlərin köməyi ilə həyata keçirilir ki, bu da yolların minalardan təmizlənməsini xeyli ləngidir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL