waplog

“Apple” və “Google” şirkətləri məxfi “3D” printer yaradırlar


Hələ ötən il Tim Kuk elan etmişdi ki, “Apple” yeni məhsul kateqoriyaları buraxacaq. “Alma” texnikasının əksər pərəstişkarları “iWatch” smart saatını, bəziləri televizor gözləyir. Bununla belə “Global Equities Research” analitik şirkətinin direktoru Trip Çoudri başqa cür hesab edir. Onun fikrinə görə, bu il “Apple” öz “3D” printerini nümayiş etdirəcək.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Çoudrinin fikrincə, “Google” şirkəti də müvafiq məhsul buraxacaq. Belə ki, axtarış korporasiyası “Apple”ın niyyətindən xəbər tutduqdan sonra “3D” çap bazarında pay sahibi olmağa qərar verib. Çoundri hesab edir ki, “Google” şirkəti iyun və ya oktyabrda öz “3D” printerini təqdim edəcək və məhsulun kommersiya təqdimetməsi elandan 12-18 ay sonra olacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL