waplog

Dubay polisləri “Google Glass” smart eynəklərindən istifadə edəcəklər


“The Verge” nəşri yazır ki, Dubay polisləri pilot layihəsi çərçivəsində iş zamanı “Google Glass” reallıq eynəyindən istifadə edəcəklər.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, satın alınmış eynək üçün artıq iki xüsusi tətbiq hazırlanıb. Onlardan biri yollarda qanun pozucularının çəkilişi və şəkillərin məlumat bazasına göndərilməsi üçün nəzərdə tutulub. İkinci tətbiq polislərə avtomobilin nömrəsi üzrə axtarışda olub-olmamasını öyrənməyə imkan verəcək.
 
Dubay şəhər polis xidməti üzrə İT bölmənin nümayəndəsi Xalid Nasser Al Razuki deyib ki, sınaq uğurlu olsa, əlavə eynək alınacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL