waplog

Dünyanın ən kiçik və ən sürətli nanomühərriki yaradılıb


Texas Universitetinin tədqiqatçıları tərəfindən dünyanın ən kiçik və sürətli nanomühərriki layihələşdirilib. Perspektivdə belə mühərriklərdən insan orqanizmində ayrı-ayrı hüceyrələrə dərman preparatlarının çatdırılması üçün nəzərdə tutulan mikroskopik robotlarda istifadə oluna bilər.  
 
Nanomühərrik üç əsas komponentdən – nanonaqil, nanomaqnit və mikroskopik elektroddan ibarətdir. Bütün oxlar üzrə ölçü bir mikrometr təşkil edir. Bu zaman qurğu dəqiqədə 18 min sürətlə dövr edir, fasiləsiz işin vaxtı isə 15 saata çatır.
 
Alimlər qeyd edirlər ki, nanomühərrikin iş prosesini problemsiz idarə etmək mümkündür. Belə ki, onu söndürmək/işə salmaq, fırlanma istiqamətini dəyişmək və digər analoji nanomühərriklərlə sinxronlaşdırmaq mümkündür.  
 
Nanonaqilin üz səthi orqanizmin lazımi nöqtəsinə çatdırılması üçün biokimyəvi komponentlərlə örtülə bilər. Bu maddələri nanomühərrikin fırlanma tezliyinə proporsional qaydada sürətlə çıxarmaq mümkündür.
 
Tədqiqatçıların fikrincə, son nəticədə nanomühərriklər insan orqanizmi üçün təhlükə törədən ayrı-ayrı hüceyrələri təmizləyə bilən mikroskopik robotları idarə etməyə imkan verəcək. Bu, bədxassəli şiş və digər ağır xəstəliklərin müalicəsində yeni perspektivlər aça bilər, - "3DNews www.3dnews.ru” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL