waplog

RYTN-in nümayəndəsi beynəlxalq təşkilatın sədr müavini seçilib


 Bu gün Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (International Telecommunications Satellite Organization - ITSO) Tərəflər Assambleyasının sayca 36-cı iclası keçirilib. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşınqton şəhərində düzənlənən toplantıda təşkilatın sədr müavinlərinin müəyyən edilməsi məsələsinə baxılıb.
 
Səsvermə nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) texniki işlər üzrə direktor müavini Məzahim Quliyev yenidən sözügedən mötəbər beynəlxalq təşkilatın Şərqi Avropa və Şimali Asiya regionu üzrə sədr müavini seçilib.
 
Mərkəzdən “ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, bu, bir daha dünya ölkələri tərəfindən son illər Azərbaycanın kosmik sənaye quruculuğu sahəsində apardığı işlərə verilən qiymətin göstəricisi hesab edilə bilər.
 
Qeyd edək ki, iclasın gündəliyində duran məsələlərdən biri də təşkilatın Məşvərət Komitəsinə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) müəyyən etdiyi regionlar üzrə üzvlərin seçilməsi olub.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL