waplog

Azərbaycan Texniki Universiteti beynəlxalq vebinarda təmsil olunub


Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin “Robototexnika və kompleks avtomatlaşdırma” fakültəsinin təşkil etdiyi beynəlxalq interaktiv seminarda (vebinarda) iştirak ediblər.
 
Universitetdən verilən məlumata görə, vebinarda  “Maşın və  mexanizmlər nəzəriyyəsi” fənninin tədrisində innovativ texnologiyalar və istiqamətlər, ali texniki məktəblərdə tədris texnologiyalarının əsas problemləri və inkişaf prioritetləri, eləcə də ixtisasartırma proqramları və onların reallaşdırılması xüsusiyyətləri, texniki təhsildə ingilis dilinin rolu mövzularında müzakirələr aparılıb.
 
Əksər MDB ölkələrinin də qoşulduğu vebinarda AzTU-nun Texnoloji maşınlar fakültəsinin “Maşın və  mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri, t.e.d., dosent İsa Xəlilov və kafedranın  professoru Ayaz Kəngərli çıxış edib, qoyulan problemlərin həlli üçün öz təkliflərini veriblər.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL