waplog

“Yeni media və yeni çağırışlar”


Mayın  27-də Bakıda “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək. “ICTnews.az" bildirir ki, Azərbaycan Mətbuat Şurasının  və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfrans  “İnternet medianın inkişaf tendensiyası və perspektivlər” və “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları”  mövzuları üzrə 2 Paneldən ibarət olacaq.
 
Tədbirdə əsasən internet medianın vəziyyəti, internet media qurumlarına dövlət dəstəyi və reklam, sosial mediada ictimai informasiyaların açıqlanması, sosial mediada və onlayn xəbər resurslarında monitorinqlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
 
Konfransda dövlət və media qurumlarının, ali təhsil müəssisələrinin və internet biznes sahəsinin nümayəndələri, yeni media mütəxəssisləri və ekspertlərin iştirakı nəzərdə tutulub.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL