waplog

Gəncədə internetin cəmiyyətdə roluna dair seminar təşkil olunub


Gəncə şəhəri 4 nömrəli orta məktəbdə “İnternetin cəmiyyətdə rolu” mövzusunda şagirdlərə maarifləndirici seminar keçirilib.
 
“Aztelekom” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə məktəblilərə internetdən istifadənin səmərəliliyi, eləcə də “Aztelekom”un xidmətləri haqqında məlumat verilib, birliyin nailiyyətlərini əks etdirən reklam çarxı şagirdlərə nümayiş etdirilib. Maarifləndirici missiya daşıyan seminar Gəncə şəhər TKİ-nin Marketinq qrupunun Reklam üzrə meneceri Atin Rzayev tərəfindən keçirilib. 
Sonra şagirdlərlə suallar ətrafında müzakirə aparılıb və müzakirədə fəal iştirak edənlərə Gəncə TKİ tərəfindən təşkil olunmuş kiçik hədiyyələr təqdim edilib.
 
Sonda isə “Aztelekom.Net” provayderinin fəaliyyətini əks etdirən videorolik şagirdlərə göstərilib.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL