waplog

“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 81-ə çatıb


Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" üzərindən yayımlanan televiziya kanallarının sayı artıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən məlumat verilib.
 
Hazırda peyk vasitəsi ilə 81 TV kanalı və eləcə də 16 radio izləyicilərə təqdim olunur. Qurumdan bildirilib ki, "Azerspace-1" peykinə dünyada maraq böyükdür və bu səbəbdən də yayımlanan telekanalların sayı günü-gündən artır.
 
 
Məlumat üçün bildirək ki, "Azerspace-1" telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.
 
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL