waplog

Sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi genişlənəcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin öz əsas komponentləri üzrə icra mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatyönümlü tədbirlərə başlanılıb. Tədbirlər çərçivəsində ƏƏSMN-in müvafiq əmri ilə Elnur Süleymanov layihənin direktoru təyin olunub.
 
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin ƏƏSMN-in institusional və insan resursları imkanlarının genişləndirilməsi, idarəetmə sisteminin və sosial təminat proqramlarının təkmilləşdirilməsi, əmək bazarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti gücləndiriləcək. Sosial müdafiə sistemində  müasir tələblərə uyğun iş metodlarının hazırlanması və tətbiqi, əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və bu sahədə şəffaflığın təminatı sahələrində ƏƏSMN tərəfindən aparılan islahatlarda layihənin rolu artırılacaq.
 
 
 Eyni zamanda, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sferasında avtomatlaşdırmanın təmin olunması kimi işlərdə layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL