waplog

2014-cü ildə dünyada 1,2 milyard smartfon tədarük ediləcək


2014-cü ildə dünya bazarına tədarük ediləcək smartfonların ümumi sayı 1,2 milyard ədəd təşkil edəcək ki, bu da 2013-cü ilin göstəricisindən 23,1 faiz çoxdur. Bundan əlavə, lider əməliyyat sisteminin "Google Android" olması gözlənilir. Bu barədə "IDC" analitik şirkətinin rüblük hesabatında deyilir.

Analitiklər qeyd edirlər ki, 2018-ci ilədək smartfonların tədarük həcmi 1,8 milyard ədədə çatacaq, həmçinin yaxın beş ildə bu istiqamətin ortaillik artım tempi saxlanılacaq.

Hesabatda deyilir ki, "Android" aparıcı əməliyyat sistemi olmaqla cari ilin sonunadək bazarın 80,2 faizini tutacaq, 14,8 faizlə ikinci yerdə qərarlaşan "iOS" sistemi 2018-ci ilədək daha 1 faiz itirəcək.


"IDC"-nin tədqiqatlar üzrə meneceri Ramon Lamas bildirib ki, Hindistan, İndoneziya, Rusiya və Çin kimi ölkələrin inkişaf etməkdə olan bazarları mobil seqmentin inkişafında böyük rol oynayacaq. "2018-ci ildə satılan smartfonların minimum üçdə bir hissəsi Çinin payına düşəcək. Bu və digər bazarlar həm istehsalçılara, həm də satıcılara müxtəlif imkanlar təqdim edəcək, lakin onların çox hissəsi öz xərcini ödəmə səviyyəsində balanslaşacaq", - o vurğulayıb.


Hesabatda həmçinin qeyd olunur ki, hazırda satılan "Android" sistemli qurğuların orta qiyməti 254 dollar təşkil edir, halbuki belə smartfonlar 314 dollara satılır. "IDC" nümayəndələri qeyd edirlər ki, hazırkı texnologiyalar və informasiya texnologiyaları sahəsinin inkişafı nəzərə alınmaqla istehsalçıların qiymətləri aşağı salmaq üçün imkanı olacaq.

Bununla yanaşı, "IDC" vurğulayır ki, tendensiyaların qorunması şərtilə "Windows Phone" mobil əməliyyat sistemi yaxşı perspektivlərə malikdir. Belə ki, 2018-ci ilədək bu sistemin bazar payı təxminən üçdə bir qədər artacaq. Hazırda "Windows Phone" bazarda 3,5 faizlik paya sahibdir, lakin 2018-ci ilədək sistemin payı 6,5 faizi ötə bilər.   


"IDC"-nin qiymətləndirməsinə görə, "BlackBerry" əməliyyat sisteminin payı 0,8-0,3 faiz arasında dəyişir, - "Cybersecurity www.cybersecurity.ru" yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL