waplog

“Acer” şirkəti sukeçirməz "ağıllı" qolbaq təqdim edəcək


“Acer” şirkəti 3-7 iyun tarixlərində Tayvanda keçiriləcək “Computex” sərgisində “Liquid Leap” smart qolbağını nümayiş etdirəcək. Bu haqda şirkətdən bildirilib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun prototipi aprelin sonunda Nyu-Yorkda təqdim edilib. Son variant sukeçirməz korpus və 1 düymlük sensor ekranla təchiz edilib.
 
Qurğu qət edilmiş məsafəni, hərəkət üçün sərf edilmiş enerjini qeydə alır və yuxu dövrlərini izləyir. “Bluetooth 4.0” protokolu üzrə qurğunu smartfonla əlaqələndirmək mümkündür, nəticədə qolbaqdan daxil olan zənglərə reaksiya vermək, SMS haqda bildiriş almaq və musiqi oxuducusunu idarə etmək mümkündür.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL