waplog

ADİU-da “İnnovativ biznes inkubator” yaradılıb


Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) yeni layihəyə start verib. Layihə “İnnovativ biznes inkubator” adlanır.

Universitetin nəzdində “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində yaradılan layihənin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir. Universitetdən qeyd edilib ki, layihədə həmçinin, ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub.
 
Onlar “İnnovativ biznes inkubator” layihəsi çərçivəsində innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və “master klas”ların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər.
 
 
İnkubatorun əsas funksiyaları “Start-up” layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL