waplog

Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və portalın yaradılması planlaşdırılır


Ölkənin aqrar sektorunda, o cümlədən ərzaq təhlükəsizliyi və qidalanma sahəsində dolğun və etibarlı məlumatların əldə olunması, sistemləşdirilməsi, təhlili və əsaslandırılmış təkliflərin hazırlanması, informasiya bazasının formalaşdırılması, nazirliklə digər dövlət orqanları arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi gündəmdə duran mühüm prioritetlərdir.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə "Azərbaycanda Ərzaq və Qidalanma Təhlükəsizliyi üzrə İnformasiya Sisteminin yaradılması"na dair keçirilmiş Milli Seminarda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev səsləndirib.
 
Nazir müavini bildirib ki, qeyd olunan məsələlərin həlli məqsədilə FAO tərəfindən təklif edilən və bütünlükdə ölkəni əhatə edəcək Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və portalın yaradılması məqsədəuyğundur.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL