waplog

Şüşədən kompyuter yaddaşı yaradılıb


Böyük Britaniyanın Sauthempton Universitetinin tədqiqatçıları informasiyanın şüşədən olan daşıyıcılarda saxlanılması üsulunu təklif ediblər. Texnologiya disk strukturunda kiçik nöqtələrin voksel formalaşmasına əsaslanır.

Bunun üçün lazer şüası istifadə olunur. Voksellər keçən işığın polyarlaşmasını dəyişdirirlər və bu dəyişmələr optik detektorla qeyd edilə bilər.

Tədqiqatçıların iddialarına görə, şüşə daşıyıcılar olduqca uzunömürlü və davamlı olacaq. Məsələn, onlar 1000 dərəcə selsiyə qədər temperatura davam gətirə bilərlər.

Bir neçə santimetr diametrlə olan disklər 50 Qb informasiyaya qədər saxlaya bilər. Standart CD və ya DVD ölçülü disklər nəzəri cəhətdən 260 Qb məlumata qədər saxlaya bilərlər.

Hal-hazırda layihə iştirakçıları texnologiyanın kommersiyalaşması məqsədi ilə informasiyanın oxunması sisteminin sadələşdirilməsi üzərində işləyirlər. Şüşə daşıyıcıların bazara çıxardılma müddəti bildirilmir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL