waplog

Azərbaycanın daha bir ali məktəbi “Elektron universitet” sistemini tətbiq edir


Azərbaycan Dövlət Aqrar Universitetində yaz semestrində tələbələr ilk dəfə olaraq elektron formada imtahan veriblər. Universitetdən verilən məlumata görə, bu, “Elektron universitet” layihəsi çərçivəsində həyata keçirilib.
 
Ali təhsil ocağında tətbiq olunan “Elektron universitet” sistemi ali məktəbin idarə edilməsinə, tələbələrin ayrı-ayrı tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə etməsinə, eləcə də imtahanların şəffaf şəkildə aparılmasına imkan verir. Adıçəkilən sistem əsasında bütün bu proseslər avtomatik olaraq aparılır.
 
Qeyd edək ki, ADAU-da bu layihənin uğurla icrası üçün 160 dəst yeni kompüter alınıb və imtahan üçün müxtəlif elektron bazaları özündə birləşdirən proqram təminatı həyata keçirilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL