waplog

“Google” şirkəti “Tango 3D” planşetini nümayiş etdirib


Cari ilin fevralında “Google” şirkəti “Tango” layihəsi çərçivəsində yaradılmış smartfonun eksperimental nümunəsini nümayiş etdirib. Hazırda internet nəhəngi “Tango” xəttini genişləndirir və planşetini təqdim  edir. Hər iki məhsul proqramçılar üçün nəzərdə tutulub. Belə ki, “Tango” planşetinin qiyməti 1024 dollar təşkil edir, həm də planşet çox məhdud sayda buraxılıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, planşetin özəlliyi ondan ibarətdir ki, üçölçülü məkanda işləyir.
 
7 düymlük ekranın təsvir ölçüsü 1920 x 1080 piksel təşkil edir. Yeni “Tegra K1” platformasından istifadə edilib. Əməli yaddaşın tutumu 4 QB, fləş-yaddaşın həcmi isə 128 QB təşkil edir. Planşetdə 4 meqapiksellik kamera, infraqırmızı ötürücü, infraqırmızı proyektor, həmçinin USB 3.0 və Micro HDMI portları, “Bluetooth LE” adapteri, həmçinin LTE dəstəyi ilə təchiz edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL