waplog

Rabitəçi idmançılar yerli yarışmada 8 medal qazanıblar


Mayın 22-dən 26-dək Bakıda 2000-2001-ci il təvəllüdlü məktəblilər arasında boks üzrə respublika birinciliyi keçirilib.
 
Yarışa qatılan "Rabitə" idman klubunun boksçuları uğurla çıxış edərək 3 qızıl, 2 gümüş, 3 bürünc olmaqla 8 medal əldə ediblər.
 
Belə ki, boksçulardan Nəbi İskəndərov 38,5 kq, Musa Əliyev 50 kq, Ruslan Məmmədov 56 kq çəki dərəcələrində I yerə çıxaraq qızıl medal, Ruslan Rüstəmli 43 kq, İsmayıl Səfərli 54 kq çəki dərəcələrində II yerə çıxaraq gümüş medal qazanıblar.
 
Yarışda III yer üzrə Kənan Bayramov 43 kq, Rahid Rəcəbli 52 kq, Məhəmməd Bağırov 62 kq çəki dərəcələrində müvəffəqiyyət əldə edərək bürünc medala sahib olublar.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL