waplog

Sürücüsüz avtomobillərin sınaqdan keçirilməsi üçün xüsusi şəhər salınır


Miçiqan Universitetinin ərazisində sürücüsüz avtomobillərin sınaqdan keçirilməsi üçün xüsusi şəhər tikiləcək. Təxminən 13 hektar sahəyə malik "Mobility Transformation Facility" obyektinin tikintisinə bu yay başlanacaq və cari ilin sonuna kimi bitəcək. Bu haqda universitetin saytında yazılıb.
 
 
"ICTnews" saytı "lookatme.ru" saytına istinadən yazır ki, "Mobility Transformation Facility" sınaq müddəti şəhərin mərkəzini xatırladacaq. Ərazidə sürücüsüz maşınların sınaqdan keçirilməsi üçün yol nişanları, şose, binaların maketləri, küçə fənərləri və başqa elementlər olacaq. Bundan başqa, elmi tədqiqat mərkəzi piyada və velosipedçilərin köməyi ilə şəhər mənzərəsini yaradacaq.
 
2021-ci ilədək bu sistemi Miçiqan ştatının Enn-Arbor şəhərinə daşımaq planlaşdırılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL