waplog

Server bazarında azalma zəifləyib


“IDC”-nin məlumatına əsasən, 2014-cü ilin birinci rübünün nəticəsinə görə, EMEA regionunda server bazarının həcmi 2,9 milyard dollar təşkil edib. Bir il ərzində artım 1,5% təşkil edib. Bu halda server bazarının həcmi 3,9% azalıb. “IDC”-nin qiymətləndirməsinə əsasən, birinci rübdə EMEA bazarına 537800 server tədarük edilib.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, eyni zamanda “IDC” qeyd edir ki, bütün əsas brend şirkətlər gəlirini artırıblar, çünki yüksək qiymətli serverlər bazarda populyarlıq qazanıblar.

Bu, ümumi bazar trendləri ilə izah olunur: müştərilər istehsal gücünün möhkəmlənməsi, virtuallaşdırma, yüklənmənin birləşdirilməsi və nəticədə əvvəllər bir neçə serverin tələb etdiyi işi yalnız bir kompüter yerinə yetirməsi məqsədilə istifadə edirlər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL