waplog

Startupların seçim meyarları açıqlanıb


“Startup Azərbaycan” yarımfinalçılarının ekspertlər qarşısında oflayn təqdimatları iyunun 21-də Yüksək Texnologiyalar Parkında baş tutacaq.
 
Təşkilat komitəsindən “ICTnews”  elektron xəbər xidmətinə verilən məlumata əsasən, yarımfinalçılar qeyd olunan müddətədək “Startup Azərbaycan” iştirakçıları biznes plan və təqdimatlar təqdim etməlidirlər.
 
Təqdimat maksimal 6 - 7 slayddan ibarət olmalıdır. Təqdimat biznes-plan əsasında hazırlanmalı  və bura iştirakçı haqda məlumat - komanda, layihənin əsas ideyası və cəlbediciliyi, layihənin gəlirləri və xərcləri, əhatə dairəsi, yəni layihənin lokal və ya qlobal olması, rəqabətə və risklərə davamlılığı və s. məlumatlar daxil olmalıdır.
 

Biznes-planın təqdim edilməsi üçün son tarix iyunun 17-dir. Təqdimatların son təqdim etmə tarixi iyunun 19-dur, onlar “info@startup.az”  ünvanına göndərilməlidir.

Ekspertlərə paylamaq üçün layihə haqqında çap olunmuş buklet – reklam vərəqi gətirilməlidir. Hər bir təqdimat üçün 3-5 dəqiqə,  sual-cavab üçün 1-2 dəqiqə vaxt ayrılacaq.
 
Təqdimatın yekununda ekspertlər layihələri 5 istiqamət üzrə qiymətləndirəcək: komanda, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi.
 
Nəticələr “Startup Azərbaycan” Yekun Təqdimat mərasimində açıqlanacaq.


 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL