waplog

Amerikalılar istənilən mayeni təyin edən “ağıllı” fincan hazırlayıblar


ABŞ-ın “Vessyl” startapı eyni adlı “ağıllı” fincanını nümayiş etdirib. Fincan onun içərisinə tökülən mayenin tip və tərkibini təyin edə bilir. İstehsalçılar bildiriblər ki, fincan, demək olar, bütün içki növlərini əla təyin edir. Bundan başqa fincan istənilən içkidə kalori, şəkər, kofein, natriumun tərkibi haqda məlumat verə bilər.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, bütün informasiya fincana inteqrasiya edilmiş displey-indikatorda göstərilir, həmçinin “iOS” və “Android” sistemi ilə işləyən smartfonlara ötürülə bilər.
 
Fincan zərbəyə davamlı materialdan hazırlanıb və ləkələrə qarşı dayanıqlıdır. “Vessyl” fincanı 30 dəqiqə ərzində enerji toplayır, bundan sonra 5-7 gün avtonom işləyir. “Ağıllı” fincan 2015-ci ilin əvvəlində 199 dollara satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL