waplog

Dünyanın ən yüngül smartfonu istehsal ediləcək


“The Times of India” nəşri yazır ki, “Microsoft” korporasiyasının yeni tərəfdaşı Hindistanın “Xolo” şirkəti “Windows Phone 8.1” əməliyyat sistemi ilə işləyən yeni smartfon hazırlayır.
 
Nəşr yazır ki, “Xolo” şirkətinin smartfonunun çəkisi 100 qramı ötməyəcək.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, qurğunun texniki xarakteristikaları haqqında informasiya hələ ki yox səviyyəsindədir. Aparatın 4,7 düymlük diaqonallı ekranla təchiz ediləcəyi gözlənilir.
 
Smartfonun daha bir özəlliyi qiymətinin ucuz (200 dollar) olmasıdır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL