waplog

“Philips” şirkəti səkkiznüvəli planşetofon hazırlayır


“Philips” şirkəti “I928” adlı yeni, kifayət qədər güclü planşetofon nümayiş etdirib. Aparatın əsas üstünlüyü “IPS” matrisə əsaslanan və Full HD təsvir ölçüsünü dəstəkləyən 6 düymlük böyük ekran olmalıdır.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, aparat 1,7 QHs takt tezlikli “MediaTek MT6592H” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 və 5 meqapiksellik kameralar (əsas kamera ikiqat işıq diodu işıqlandırıcısına malikdir), standart simsiz rabitə modulları dəsti, 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu halda aparatın qalınlığı 7,9 mm təşkil edir.
 
İki SİM kart dəstəkləyən aparat “Android 4.4” əməliyyat sistemi ilə işləyir və iyulda satışa çıxarılacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL