waplog

“Iphone 6” smartfonunun həqiqi şəkilləri internetdə yerləşdirilib (FOTOLAR)


Avstraliyalı bloqer Sonni Dikson öz saytında “iPhone 6” modelləri kimi  təqdim edilmiş iki smartfonun fotosunu dərc edib.
 
“ICTnews" elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, bloqerin saytında müxtəlif ölçülü (4.7 və 5.5 düymlü) “iPhone 6” modelləri nümayiş etdirilib. Aparatlar, həmçinin “iPhone” smartfonunun başqa nəsil modelləri ilə müqayisə olunur.
 
“Apple” şirkətinin altıncı nəsil smartfonlarının 3 ay sonra çıxarılacağı gözlənilir. Dikson bundan əvvəl “iPhone 5s” və “5c” smartfonlarının  fotosunu rəsmi elanədək dərc etməsi ilə məşhurlaşıb.
 

Emil Hüseynov














NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL