waplog

Azərbaycanlı mütəxəssis Londonda “Əhali məskunlaşmasının “ArcGİS” proqram təminatı imkanlarından istifadə edilərək öyrənilməsi” mövzusunda təlimdə iştirak edəcək


Cari ilin iyul ayında Böyük Britaniyanın  London şəhərində  Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunda (ESRİ) “Əhali məskunlaşmasının “ArcGİS” proqram təminatı imkanlarından istifadə edilərək öyrənilməsi” mövzusunda təlim keçiriləcək.
 
 
Dördgünlük təlimdə AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun doktorantı və kiçik elmi işçisi Rauf Əmənov iştirak edəcək. R.Əmənovun təlimlərdə iştirakına Prezident yanında Elmin İnkişafı Fondu (EİF) dəstək verir.
 
İnstitutun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xanım Rzazadənin sözlərinə görə, doktorant EİF-in 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibi olub. Sözügedən təlimlər də həmin layihə çərçivəsində reallaşacaq.
 

HƏQİQƏT
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL