waplog

“Micromax Canvas Gold A300” qabaqcıl smartfonunu nümayiş etdirib


Əsasən ucuz və orta qiymətli smartfon istehsalı ilə məşğul olan Hindistanın "Micromax" şirkəti özünü qabaqcıl aparat bazarında sınamağa qərar verərək "Canvas Gold A300" adlı yeni smartfonunu nümayiş etdirib. Qurğunun qiyməti 399 dollardır.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Micromax Canvas Gold A300" smartfonu 2 QHs takt tezlikli səkkiznüvəli prosessor, 5.5 düymlük Full HD təsvir ölçülü ekran, 2 QB əməli, 32 QB daxili yaddaş, 16 və 5 meqapiksellik kameralar və 2300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
"Micromax Canvas Gold A300" aparatına "Android 4.4.2" əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL