waplog

Cari ilin birinci rübündə televizorların satışı artıb


2014-cü ilin birinci rübündə dünyada televizorların satışı ilə bağlı olan məlumatlar ötən ilin analoji dövrü ilə müqayisədə sürətli artımdan xəbər verir. Bu barədə “IHS Technology” tədqiqat şirkətinin hesabatında deyilir.

Belə ki, cari ilin yanvar-martında maye-kristal (LCD) televizorların tədarük həcmi 47360000 ədəd təşkil etməklə 4 faiz artıb. Bununla yanaşı, 2 milyon plazma televizor buraxılıb ki, bu da 16 faiz azalma deməkdir. Lakin buna baxmayaraq birinci rübdə televizor istehsalında ümumi artım 3,3 faiz təşkil edib.

Daha yaxşı göstəriciləri Cənubi Koreya və Yaponiya istehsalçıları nümayiş etdirib. “Samsung” və “LG” şirkətləri 17 milyonluq ümumi televizor istehsalı ilə düzekranlı televizorlar bazarının lideri olaraq qalır. Lakin ötən il satış həcmində xeyli uğurlar qazanan Çin istehsalçıları bir sıra problemlərlə üzləşib. Qeyd etmək lazımdır ki, Cənubi Koreya şirkətləri plazma televizorların satış həcmini azaltmaqla təklif olunan maye-kristal televizorların çeşidini genişləndirir. Məsələn, “Samsung” plazmaları yüksək təsvir ölçüsünə malik “LCD” televizor modelləri ilə əvəzləyir.

Yaponiya şirkətləri göstərilən dövr ərzində uğura əsasən daxili bazarda satışların yaxşı olması sayəsində nail olublar. Öz növbəsində Çin istehsalçıları liderlərdən geri qalmamaq üçün “UHD”, bükük və “OLED” televizorlar daxil olmaqla bazara bir sıra yeni modellər çıxarmaq niyyətindədirlər, - "HDTV www.hdtv.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL